AZ

100 yaşa qədər yaşamanın sirri -Yapon dietoloq açıqladı

Dünyanın digər xalqlarından fərqli uzun və daha sağlam yaşayan yaponların sirri onların yemək vərdişlərindədir.

Yapon dadı sizə uyğun gəlməsə belə, bu qidaların daha çox rasionunuza daxil edilməsi sağlam və uzun ömür sürmənizə səbəb ola bilər. Yaponların sağlam ömür sürməsi bütün dünyaya məlumdur. Xüsusilə Okinava adasında yaşı 100-dən yuxarı insanların sıx olması bu adaya və özünəməxsus pəhrizi ilə bağlıdır.

Sağlam və uzun ömür üçün yaponların mətbəxi bir çox ölkələrdən fərqli olsa da yediyiniz və içdiyiniz yeməklərin tərkibinə baxaraq oxşar qidaları seçmək bir üsul ola bilər.

Yapon dietoloqu Asako Miyashita uzun ömrün sirri ilə maraqlananlar üçün yaponların tez-tez qəbul etdikləri bəzi qidaları sıralayıb:

Yaponlar qidanı dərman kimi düşünürlər

Dietoloq “CNBC”də dərc olunan məqaləsində deyib: “Mən Yaponiyada böyümüşəm, orada mənə kiçik yaşlarımdan yeməkləri dərman hesab etməyi öyrədiblər. Nənəmin 92 yaşı var və uzun ömrünü düzgün qidalar yeməyə borcludur.”

Miyashitanın məqaləsində Yaponiyada yaşı 100 və daha çox olan 90 min 526 nəfərin olduğu qeyd edilir və Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin 2022-ci il hesabatına əsasən, 20 il əvvələ görə bu rəqəmin 5 dəfədən çox olduğu vurğulanır.

Yaponiyanın kiçik adası olan Okinava son illərdə dünyada 100 yaşdan yuxarı olan insanların ən çox sıx məskunlaşdığı bölgə kimi gündəmə gəlib.

Şirin kartof

Adi kartofla heç bir əlaqəsi olmayan şirin kartof bir çox ölkələrdə yeni-yeni tanınmağa başlayır. Okinavanın bənövşəyi şirin kartofu (yaponlar imo adlandırırlar) Yaponiyada qəlyanaltı və desert kimi yeyilir.

Vüsal Cahanov, “İki sahil”

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla