AZ

Hakan canlı yayımda prezidentlə zarafatlaşdı: Bir fincan qəhvə bizdən bahadır

"İnter"in hücumameyilli yarımmüdafiəçisi Hakan Çalhanoğlu və hücumçusu Markus Tyuram maraqlı formada gündəmə gəliblər.

Publika.az xəbər verir ki, onlar sosial şəbəkədə canlı yayımlarına qoşulan Milan klubunun prezidenti Stiven Çanqla zarafat ediblər.

Tyuram. Cənab Prezident, bizi 0 avroya aldınız!

Çalhanoğlu. Bir fincan qəhvə Tyuramla məndən bahadır (gülür) .

Tyuram. Hədiyyəmizi almalıyıq.

Çanq: Bu canlı yayımın səhv olduğunu bilirdim (gülür) .

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla