"Böyük Dördlük" audit şirkətlərindən biri olan “Deloitte&Touche”ın Azərbaycandakı filiallarından biri ləğv olunur.
"Ölkə.Az"ın məlumatına görə, "Deloitte&Touche Regional Consulting Services Limited" şirkətinin yerli filialı ləğv olunur.
Bu gündən etibarən sözügedən şirkətin ləğvetmə prosesinə başlanılıb.
Qeyd edək ki, "Deloitte&Touche Regional Consulting Services Limited" şirkətinin yerli filialı 2002-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Kərimov Nuran Qüdrət oğludur.
Beynəlxalq şirkətin Azərbaycanda 21 ildən artıq fəaliyyət göstərən bir digər şirkəti “Deloitte&Touche” MMC Auditor Cəmiyyəti isə fəaliyyətini davam etdirir.
Xatırladaq ki, şirkət bir müddət əvvəl də "Deloitte&Touche Regional Consulting Services Limited" filialının ləğvi ilə bağlı elan versə də, daha sonra sözügedən elanı silmişdi.
Könül
Ölkə.Az