AZ

Qısa müddətdə aliment təyin etdirmək olarmı? - Vəkildən AÇIQLAMA

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qurmuş şəxslər arasında əgər münaqişə baş verirsə, onlar ayrılmağa qərar versələr belə, hər iki tərəf yetkinlik yaşına çatanadək bunu etməlidirlər. Valideynlər nikahı pozduqdan sonra isə alimentin verilməsi bəzən mübahisəli məsələ kimi qalır. Bu istiqamətdə məhkəmə proseduru bir müddət davam etdiyindən müəyyən problemlər də yaranır.

 

Maraqlıdır, qısa müddətdə aliment təyin etdirmək olarmı?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Vamiq Şükürov deyib ki, ümumilikdə alimentin tələb olunması müəyyən vaxt apara bilər:

 

“Aliment alınması barədə tələbi məhkəmə qaydasında irəli sürməmişdən əvvəl tərəflər mediasiya təşkilatına müraciət etməlidirlər. Mediasiya sessiyası bir ay ərzində həyata keçirilir. Məhkəmə isə iki ay ərzində davam edir. Bu isə üç-dörd ay vaxt deməkdir. Bu müddət ərzində uşaqların qidalanma kimi müəyyən ehtiyacları olur. Qanun bu zaman uşaqları saxlayan şəxsə imkan verir ki, o, məhkəməyə ərizə ilə müraciət etsin”.

 

Vəkil qeyd edib ki, məhkəmə alimentin tutulması barədə yekun qətnamə qəbul etməmişdən əvvəl işin baxılması dövründə müvəqqəti aliment təyin edə bilər:

 

“Ərizə ilə müraciətdən sonra məhkəmə bu barədə qərar qəbul edir, onun icra olunması üçün müvafiq şöbəyə göndərir. İcra şöbəsi isə dərhal şəxsin özünü çağırmaqla və ya onun iş yerinə sorğu verməklə alimentin tuutlmasını təmin etməlidir”.

 

Günay

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla