AZ

Xuliqanlıqda ittiham olunan idmançılardan biri azadlığa buraxılıb, digərlərinin həbs müddəti uzadılıb

Bakı. Trend:

Məhkəmə xuliqanlıqda təqsirləndirilən Azərbaycan MMA vəQrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev vətələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barədəqərar qəbul edib.

Trend xəbər verir ki, Bakışəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda onlardan üçününhəbs müddəti bir ay uzadılıb.

V.Kərəmov isə barəsində polis nəzarətinə verilmək həbs qətimkantədbiri seçilməklə məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, bu ilin fevral ayında Xətai Rayon Məhkəməsininqərarı ilə baş məşqçi Ruslan Əfəndiyev və onun tələbələri - XəzərRüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbs qətimkantədbiri seçilmişdi.

Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindənvə ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittihamediliblər. Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digərqətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydəalınıb. Onlar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyiturnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançıarasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançıHəsən Əzizovu döyüblər.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işibaşlanıb, 4 nəfər həbs olunub.

Məqalədə:
Seçilən
59
13
Mənbələr
Şərh ()
Bağla