AZ

Putin sərt danışdı: “Hamısı cəzalandırılacaq”

“Crocus City Hall”da baş verən terror aktının bütün iştirakçıları, sponsorları və təşkilatçıları müəyyən edilməli və cəzalandırılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Rusiya xüsusi xidmət və hüquq-mühafizə orqanları bu çirkin cinayətin bütün təfərrüatlarını öyrənməyə və araşdırmağa davam edir. Bütün iştirakçıları, o cümlədən sponsorlar və təşkilatçıları müəyyən olunur. Heç biri ədalətli cəzadan kənarda qalmamalıdır”, - Rusiya lideri bildirib.

Putin vurğulayıb ki, dünyanın müxtəlif yerlərində terror aktları təkcə radikal qruplar yox, bəzi ölkələrin kəşfiyyat xidmətləri tərəfindən də təşkil edilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
15
Mənbələr
Şərh ()
Bağla