AZ

"Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallıqlar hər kəs tərəfindən qəbul edilir" -Əli Zülfüqaroğlu

“Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması, Azərbaycanın növbəti diplomatik qələbələrindən biridir. Prezident İlham Əliyevin istər Vətən müharibəsinə qədər, istər müharibə dönəmində, istərsə də müharibədən sonrakı dövr ərzində yürtdüyü siyasəti təhlil etsək, hər bir addımın incəliyinə qədər hesabalanaraq atıldığının şahidi olarıq”.

Bunu Aznews.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, Ermənistan kapitulyasiya aktına imza atandan sonra bəzi dairələrin bilərəkdən Xankəndini spekulyasiya alətinə çevirmək cəhdləri müşahidə olurdu: “Halbuki hər kəsdə gec-tez məsələnin həll olunacağına ümid var idi. Ümumiyyətlə Kəlbəcər, Laçın və Ağdamın döyüşsüz işğaldan azad edilməsi, Xankəndidə 200 illik separatizmə son qoyulması, Azərbaycanın suverenliyini təmin etməsi bütün bu yanlış tendensyanın üzərindən xətt çəkdi. Son olaraq 4 kəndin döyüşsüz işğaldan azad edilməsi Azərbaycanın situativ yanaşma sərgiləmədiyinin, həm də uzaq perspektivə hesablanan strateji panlarını uğurla həyata keçirdiyinin şahidi oluruq”.

Ə. Zülfüqaroğlu əlavə edib ki, Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallıqlar hər kəs tərəfindən, o cümlədən Ermənistan rəhbərliyi tərəfindən də qəbul edilir:

“Amma prosesin bu cür davam etməsini narahatlıqla qarşılayan və pozuculuq fəaliyyəti ilə məşğil olan qüvvələr var. Biz burada Qərbi, xüsusilə Frnsanı qeyd etməliyik. Qərb çalışır ki, Zəngəzur dəhlizi açılmasın, Azərbaycanla Ermənistan arasında yaxınlaşma baş verməsin və əllərində olan bütün mümkün variantlarla prosesi pozmağa çalşırlar. Aərbaycan tərəfi isə bunu görür, kifayət qədər təmkinli davranır və öz planlarını mərhələ-mərhələ həyata keçirir”.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla