AZ

STP Şirkətlər Qrupu ağacəkmə aksiyası keçirib - FOTO

“Yaşıl Dünya Naminə Həmrəylik İli” ilə bağlı həyata keçirilən silsilə tədbirlər çərçivəsində Sumqayıt şəhərində ağacəkmə aksiyası keçirilib.

“#yashilplanet” şüarı altında təşkil olunan tədbirdə qrupa daxil şirkətlərin əməkdaşları ilə yanaşı “Sabahın Gücü” inkişaf proqramının təcrübəçiləri də iştirak ediblər.

Aksiyanın təbiətsevər iştirakçıları onlara ayrılan ərazidə 200 ədəd zeytun ağacı əkərək ümumilikdə iki sot ərazinin yaşıllaşdırılması və abadlaşdırılmasına töhfə veriblər.

Qeyd edək ki, tədbir çərçivəsində Sumqayıt Texnologiyalar Parkına məxsus onlarla zavodun yerləşdiyi ərazisində də 60 ədəd şam ağacı əkilib. Aksiyada qrupun baş icraçı direktoru Hicran Valehov da iştirak edib.

Bu kimi tədbirlərin təşkil olunmasında məqsəd ətraf mühitin qorunmasına və ekoloji tarazlığın bərpasına dəstək olmaq, təbiətə töhfə verməkdir.

#yashilplanet

Seçilən
46
1
Mənbələr
Şərh ()
Bağla