AZ

Laçında otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə konfrans keçirilib

Laçın. Trend:

Aprelin 24-də Laçında 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakıilə “COP29 və Azərbaycan üçün yaşıl baxış” beynəlxalq forumuçərçivəsində konfrans keçirilib.

Trend xəbər verir ki, ADAUniversitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzininbirgə təşkilatçılığı ilə keçirilən konfransda akademiklər, sabiqsəfirlər və beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlıinkişaf və yaşıl enerji ilə bağlı öz təcrübələrini bölüşüblər.

Həmin ekspertlər aprelin 23-də ADA Universitetində “COP29 vəAzərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirakedərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallarünvanlayıblar.

ADA Universiteti və BMTM-in birgə təşkilatçılığı ilə keçirilən6-cı forum çərçivəsində Laçında keçirilən panel müzakirələrdə“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusuna xüsusi diqqətyetirilməklə, regionda davamlı inkişaf üzrə əldə edilmiş mühümaddımlar müzakirə edilib.
İşğaldan azad edilmiş ərazilər üzrə xüsusi nümayəndələrin çıxışlarıilə keçirilən ilk panel müzakirədə ADA Universitetinin Rektoru,səfir Hafiz Paşayev salamlama nitqi ilə çıxış edib. Qarabağdadayanıqlı inkişafa həsr olunan bu panel ADA Universitetininprorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoruFariz İsmayılzadənin moderatorluğu ilə işə başlayıb.

Paneldə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonundaxüsusi nümayəndəsi Məsim Məmmədov, Azərbaycan RespublikasıPrezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov vəAzərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilanrayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyevin çıxışlarıdinlənilib. Daha sonra sual-cavab sessiyası keçirilib.

Davamlı inkişafla bağlı müzakirələrdən sonra iştirakçılarBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədriFərid Şəfiyevin moderatorluq etdiyi “Yaşıl infrastrukturun inkişafıtəcrübələri və alternativ və bərpa olunan enerji təşəbbüsləri”mövzusunda ikinci paneldə iştirak ediblər. Ceymstaun Fondunun İdarəHeyətinin üzvü Metyu Brayza, Cenevrə Dövlət Universitetində Qlobalətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi,“Tracadero” Forum İnstitutunun rəhbəri Ellen Vasilina və “Methinks”şirkətinin enerji təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi ConRoberts Azərbaycanın ehtiyaclarına uyğunlaşdırıla bilən beynəlxalqpraktikadan bəhs ediblər. İqtisadi və “yaşıl” inkişafa fokuslananbeyin mərkəzləri və akademik institutların nümayəndələri işğaldanazad edilmiş ərazilərimizdə “ağıllı şəhər”, “ağıllı kənd” kimiinnovativ yanaşmaların tətbiqindən danışıblar.
Forum, həmçinin iştirakçılara Laçında həyata keçirilən köçürməprosesi və inkişaf layihələri ilə yaxından tanış olmaq imkanıyaradıb. Səfərin bu hissəsi günün əvvəlində keçirilən nəzərimüzakirələrin praktiki tətbiqlərini nümayiş etdirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 vəAzərbaycanın yaşıl enerji siyasətinin müzakirə olunduğu forum iqlimdəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfələrverib.

Məqalədə:
Seçilən
91
4
Mənbələr
Şərh ()
Bağla