AZ

"Bu məsələdə insandan insana fərq var" - PSİXOLOQ FİKRİ

Günümüzdə bir çox insanlar var ki, onlarda “marka xəstəliyi” var. Belə ki, bu şəxslər corabına qədər marka almağı özlərinə məqsəd qoyub. Bəs, bunun altında hər hansı psixoloji səbəb yatırmı? Bu özgüvənsizlikdən irəli gəlir? SİA mövzu ilə bağlı psixoloq Zeynəb Eyyubovanın fikirlərini öyrənib.

Onun sözlərinə görə, bu məsələdə insandan insana fərq var: “Əgər şəxsin aylıq qazançı imkan verirsə və o bütün öhdəliklərini, lazımi əşyalarını, geyimlərini, parfümünü və baxımını marka üzərindən edə bilirsə, bu pis bir şey deyil”.

Psixoloq sözlərinə belə davam edib: “Biz kimisə ya pulun var deyə qınaya bilmərik. Əgər şəxs aydan-aya dolanışığını çatdıra bilmirsə və ya problemlidirsə və yaralarımız çoxdursa, amma sırf marka geyinmək istəyirsə, bu öz güvənsizliyindən yox, kiməsə özənməkdən irəli gəlir. Yəni, kimdənsə geri qalmamaq üçün bunu edir. Əslində markanı daha çox özgüvənsizlər geyinmir. Markaların geyimlərinə baxsanız çox sadə və sıradan paltarlar olur. Sadəcə orada hansısa bir şəklin, emblemin qoyuluşu ilə markanın olduğu bilinir. Yəni, deməzdim ki bu özgüvənsizliyə görədir”.

Ayşən Vəli

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla