AZ

“İki dövlət arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir” - ŞƏRH EDİLDİ

“Rusiya regionun əsas aktorlarından biridir. Heç şübhəsiz ki, Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi bizim üçün olduğu qədər qarşılıqlı əsasda hər iki dövlətin xarici siyasət prioritetləri sırasındadır. Xüsusilə də, 22 fevral 2022-ci il tarixində imzalanmış müttəfiqlik sazişindən bugünə qədər münasibətlərin inkişaf dinamikasına nəzər yetirdikdə ikitərəfli münasibətlərdə qarşılıqlı etimadı möhkəmləndirəcək önəmli hadisələrin baş verdiyinin şahidi olmaq mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, istər ərazi bütövlüyümüzün bərpa olunmsı istiqamətində atılan addımlara, istərsə də davam edən sülh danışıqları kontekstində Azərbaycanın haqlı mövqeyindən irəli gələn yeni reallıqlara münasibətdə konstruktiv mövqe nümayiş etdirən Rusiya nümunəsində bunu aydın şəkildə ifadə edə bilərik: “İstisnasız olaraq dövlət başçılarının şəxsi münasibətlərinin kifayət qədər yüksək səviyyədə olması da bu istiqamətdə mühüm təsiredici amildir. Nəticə etibarilə, qarşılıqlı səfərlər və keçirilmiş görüşlər çərçivəsində müzakirə edilən məsələlər əsasında ikitərəfli münasibətlərin daha da möhkəmləndiyini və gələcək yol xəritəsinin müəyyənləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul edildiyini nəzərə aldıqda, Azərbaycan-Rusiya əlaqələrinin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi faktı mütləq şəkildə qeyd edilməlidir”.

Ləman Sərraf

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla