AZ

Təcrübəli pediatr Gülnaz Sadıqova Laçın Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb

Təcrübəli pediatr Gülnaz Sadıqova Laçın Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb. 
 
Aztibb.az-a Xəstəxanadan verilən məlumata görə, o, Konsultativ poliklinika şöbəsində həkim-pediatr vəzifəsinə təyinat alıb.
 
Gülnaz Sadıqova 1957-ci ildə Laçın rayonu Dəyirmanyanı kəndində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub və 1983-cü ildə institutu bitirib. Xankəndində internatura keçib.
 
O, 1984-cü ildən 1992-ci ilə qədər Laçın rayonu Uşaq Xəstəxanasında həkim-pediatr vəzifəsində çalışıb. Laçın rayonunda Tibb Texnikumunda pediatriya dərslərini tədris edib. 1992-ci ildə Laçın rayonu işğal olunduğundan o, Nizami rayonu 19 saylı Uşaq Poliklinikasında həkim-pediatr işləyib, daha sonra Bakı 2 saylı Tibb Texnikumunda çalışıb.
 
Seçilən
16
Mənbələr
Şərh ()
Bağla