AZ

“60 faiz “Qəbələ” finala yüksələcək” - Elvin Məmmədov belə proqnoz verdi

Bu gün Azərbaycan kubokunun yarımfinalının cavab görüşündə “Qəbələ” “Zirə”ni qəbul edəcək. Təbii ki, oyun ətrafında ajiotaj böyükdü.

İlk növbədə nəticəyə görə, yəni bu cütdə intriqa bitməyib. Digər tərəfdən, bu, elitadan düşəcəyi heç kimdə şübhə doğurmayan “Qəbələ” üçün bir növ özünüsübut şansıdı. Bəs kim daha şanslı görünür? Vaxtilə “Qəbələ” forması geymiş Elvin Məmmədov“Football-plus.az”a açıqlamasında komandaların şansını dəyərləndiririb:

“Düzdü, birinci oyuna görə “Zirə” favorit görünür. Amma “Qəbələ”nin son oyunlarda inamlı çıxışı, elə “Qarabağ”a qarşı oyunda xal qazanması hazırlıqlı olduğunu göstərir. Bu da onu deməyə əsas verir ki “Zirə” üçün çətin olacaq. “Qırmızı-qaralar” həm də evdə oynadığına görə daha şanslıdı. Düşünürəm ki, 60 faiz“Qəbələ”, 40 faiz ehtimalla “Zirə” finala yüksələcək. Həm də qəbələlilərin başqa şansı da yoxdu. Çempionatdaki taleləri bəllidi. Mənə “Kəpəz”in premyer-liqada qalması daha inandırıcıdı. Ona görə də qəbələlilər üçün bu vacib matçdı. Ciddi hazırlaşıb, bu gün maksimumu göstərəcək. Çünki Avropaya aparan yeganə yol budu”.

Elvin bəy “Qəbələ”nin bu heyətlə avrokuboklara iddiasına belə münasibət bildirdi:

“Avrokuboklarda oynasalar, yəqin ki, heyətdə dəyişiklik ediləcək. Hələ çempionatın reqlamenti bilinmir, Kaxaber Sxadadzenin qalıb-qalmayacağı da məlum deyil. Kubok oyunu elədi ki, kim daha əzmkar olsa, o da qazanacaq. Ötən il belə futbolçularla Elmar Baxşıyev böyük iş görmüşdü. Kaxaber də mənim üçün həmişə yaxşı məşqçi olub. “İnter”də onun rəhbərliyi ilə oyunlara çıxmışam. “Qəbələ” premyer-liqada qalsa, Kaxaber ölkə çempionatını daha da maraqlı edəcək məşqçidi”.

RÖYANƏ OĞUZ
Seçilən
47
Mənbələr
Şərh ()
Bağla