AZ

"Krokus"dakı dəhşətli terrorla bağlı YENİ AÇIQLAMA

Moskva yaxınlığındakı “Krokus Siti Holl”da baş vermiş terror aktı diqqətlə düşünülüb və onun həyata keçirilməsi üçün beynəlxalq şəbəkədən istifadə edilib.

Bu barədə "Rosfinmonitorinq"in rəhbəri Yuri Çixançin məlumat verib.

“Martın 22-də Rusiya dinc əhaliyə qarşı törədilən dəhşətli terror aktı ilə üzləşdi. Biz diqqətlə planlaşdırılmış, hazırlanmış terror hücumu ilə üzləşmişik. Bunun həyata keçirilməsi üçün beynəlxalq əməkdaşlıq şəbəkəsindən istifadə edilib”, - deyə Yuri Çixançin beynəlxalq forumda bildirib.

O, əlavə edib ki, cinayəti törədən şəxslər maliyyə, silah, nəqliyyat, sursat, cinayət yerindən qaçma yolları ilə təmin olunub və onların hərəkətləri kuratorlar tərəfindən aydın şəkildə əlaqələndirilib.

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla