Bakıda təcili tibbi yardım avtomobili qəzaya düşüb. Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu Seyid Cəfər Pişəvəri küçəsində baş verib. Belə ki, təcili tibbi yardım maşını hərəkətdə olarkən “Prius”la toqquşub. Hadisə nəticəsində xasarət alanların olub-olmaması ilə bağlı hələki məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.