AZ

“TikTok” ABŞ-də qadağanın qarşısını almaq üçün məhkəməyə müraciət edəcək

\"TikTok” öz hüquqlarını məhkəmə yolu ilə müdafiə edəcəyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son zamanlar məxfilik problemləri ilə gündəmə gələn Çin mərkəzli sosial media platforması \"TikTok” istifadəçi sayını günü-gündən artırmağa davam edir.

ABŞ rəsmiləri uzun müddətdir ki, platformanın Çin hökuməti ilə əlaqəli olduğunu və istifadəçi məlumatlarını Çinə sızdırdığını bildiriblər.

ABŞ Çinin ByteDance şirkətini bir il ərzində sosial media platforması \"TikTok”u satmağa məcbur edən qanun layihəsini təsdiqləyib.

Digər tərəfdən \"TikTok” öz işçilərinə ABŞ-da tətbiqi qadağan etmək cəhdlərinə qarşı mübarizə aparacağını bildirib.

\"TikTok”un dövlət siyasətinin rəhbəri Maykl Bekkerman işçilərinə bildiriş göndərib ki, bu qanun \"TikTok”un 170 milyon amerikalı istifadəçisinin hüquqlarını açıq şəkildə pozur.

O, həmçinin işçilərə bildirib ki, qanun layihəsi qanuna çevrilərsə, şirkət hüquqi etiraz üçün məhkəmələrə müraciət edəcək.

Ayşən
Seçilən
17
50
Mənbələr
Şərh ()
Bağla