AZ

70 milyon avroya hücumçu alacaq? - Paytaxt təmsilçisi

“Arsenal”ın 27 yaşlı hücumçusu Qabriel Jezus karyerasını İspaniyada davam etdirə bilər.

Sortinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, braziliyalı ilə “Atletiko” maraqlanır.

İspaniyalıların futbolçunun keçidini yay transfer pəncərəsində rəsmiləşdirməsi gözlənilir. Potensial keçidin dəyəri 70 milyon avro qiymətləndirilir.

Braziliyalı forvard İngiltərə Premyer Liqasının cari mövsümündə 23 oyun keçirib, 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Londonlularla Jesuz arasındakı müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna kimi hesablanıb.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla