AZ

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

Famil

Bakı, 24 aprel, AZƏRTAC

"Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı"

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçular arasında Yüksək Liqanın final oyununda "Azərreyl"ə 1:3 hesabı ilə məğlub olan "Abşeron" komandasının baş məşqçisi Famil Ağayev deyib.

Mütəxəssis rəqibdən fərqli olaraq, heyətlərinin kasad olduğunu bildirib: "Azərreyl"in heyəti genişdir. Onların ehtiyat qüvvəsi də təcrübəli oyunçulardan qurulub. İstənilən vaxt rahat şəkildə əvəzetmə edə bilirdilər. Bizim komanda isə gənc voleybolçulardan ibarətdir. Çempion olacağımıza çox inanırdıq, təəssüf ki, alınmadı".

F. Ağayevin sözlərinə görə, növbəti mövsüm avrokuboklarda iştirak edə bilsələr, bu, "Abşeron"un xeyrinə olar: "Reqlamentə əsasən, birinci yeri tutan komanda Çağırış Kubokuna gedir. Amma ola bilər ki, bizim üçün də avrokuboklarda iştirak şansı yaranar. Hazırda rəhbərlik bunun üzərində çalışır. Bu variant reallaşsa, fərqli heyət quracağıq".

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla