AZ

Buraxılış imtahanları: “Təkcə hazırlıqsız şagirdlər çətin olduğunu deyirlər”

Ötən ilin məzunları üçün keçirilmiş buraxılış imtahanından sonra iştirakçılar arasında sorğu keçirdik. Onlardan bir çoxu riyaziyyatdan salınan sualların 3 və 10 mart tarixilərində keçirilən imtahandakından çətin olduğunu vurğulayırlar.

 

Bəs, görəsən, deyilənlər həqiqəti əks etdirirmi?

 

Mövzu ilə əlaqədar təhsil mütəxəssisi Elçin Əfəndi (Əfəndiyev) AzEdu.az-a danışıb.

 

Ekspert bildirib ki, əvvəlki illərin məzunları imtahanla bağlı irad bildirməməlidirlər:

 

“Riyaziyyat fənnindən sualların çətinliyi ilə bağlı iradlar var. Ancaq Azərbaycan dili və xarici dildən irad bildirilmir. Təkcə hazırlıqsız şagirdlər bütün fənlərin çətin olduğunu vurğulayırlar. Ümumi olaraq baxsaq, 3 və 10 mart tarixində keçirilən imtahanla 14 aprel tarixində keçirilən imtahan arasında fərqin olması normal idi. Çünki martın 3-dən 10-na qədər olan proqramla, 14 aprelə qədərki proqram eyni deyil. Təbii ki, burada proqram üzrə mövzular artığı üçün sualların da çətinlik səviyyəsi dəyişir. Ötən ilin məzunları müvafiq olaraq hər bir fənn üzrə nəzərdə tutulan proqamı tam bitiriblər. Ancaq 11-ci siniflərin tədris ilinin bitməsinə bir neçə ay qaldığı üçün suallarda fərqlərin olması lazım idi. Əvvəlki illərin məzunları bununla bağlı iradlar bildirməməlidirlər, çünki onlar bilməli idilər ki, proqram bir qədər əhatəli olacaq.

 

Dövlət İmtahan Mərkəzi abituriyent jurnalının xüsusi buraxılışında da bununla bağlı informasiya vermişdi. Yaxşı olardı ki, ötən ilin məzunları da həmin proqram üzrə fənlərdən hazırlıq keçərdilər. Amma buna baxmayaraq elə abituriyentlər var ki, onlar daha yaxşı nəticələr əldə ediblər. Bu səbəbdən də düşünürəm ki, bu imtahandan da yüksək bal toplayan abituriyentlər olacaq”.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla