AZ

“Olimpiakos” – “Fənərbağça” oyununda da belə penalti olmuşdu” – “Sumqayıt”ın futbolçusu

“Tovuzdakı oyunun çətin keçəcəyini bilirdik. Çünki rəqib evdə azarkeşləri önündə yaxşı çıxış edir. Bu səbəbdən də ciddi hazırlaşmışdıq. Həftə ərzində məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq və vacib qələbə qazandıq”.

Bu sözləri İdmanxeber.az saytına “Sumqayıt”ın futbolçusu Rövlan Muradov ötən tur qalib gəlkdikləri “Turan Tovuz” matçı (4:1) barədə danışarkən deyib. O, daha sonra komandanın avrokuboklar şanslarından da söz açıb:

“Hər bir futbolçu avrokubolarda çıxış etmək istəyər. Bu, bütün oyunçuların hədəfləri arasında var. Amma bu üzərimizdə heç bir stress, həyəcan yaratmır. Hər oyuna maksimum gücümüzlə hazırlaşırıq”.

O, hakimlərin “Sumqayıt”a köməklik etdiyi yönündə çıxan iddialara belə cavab verib:

“Bunlar sadəcə gülməlidir. “Araz Naxçıvan”la oyunda lehimizə təyin edilən penaltidən sonra bu söz-söhbətlər çoxaldı. Hər kəs bu epizoddan danışır. Bənzər penalti epizodu Konfrans Liqasında keçirilən “Olimpiakos” – “Fəbərbağça” oyununda da olmuşdu. Mən sizə 31 turda əleyhimizə olan hakim qərarlarını da göstərə bilərəm. Belə şeylərə ehtiyac yoxdur. Bizim işimiz meydana çıxıb futbolumuzu oynamaqdır”.

Muradov gələcək karyerasında da söz açıb. O, yayda “Sumqayıt”dan ayrılıb-ayrılmayacağı barədə suala belə cavab verib:

Bu haqda heç nə düşünmürəm. Bu işlərlə menecerim məşğul olur. “Sumqayıt”da xoşbəxtəm. Burada azarkeş, kollektiv çox əladı. Bütün diqqətim qarşıdakı 5 oyuna yönəltmişəm”.

Həsən Quluzadə

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla