AZ

Cənubi Koreyada 76 pişiyi öldürən şübhəliyə 14 ay həbs cəzası verilib

Cənubi Koreyanın Changwon Rayon Məhkəməsində keçirilən iclasda naməlum şəxs Cənubi Koreyanın heyvanların mühafizəsi qanununu pozmaqda təqsirli bilinib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, 76 pişiyi öldürdüyü aşkarlanan şəxs, pişiklərin avtomobilini cızmasından sonra heyvanlara qarşı “dərin nifrət” hiss etməyə başladığını bildirib. Şübhəlinin küçədə sahibsiz pişikləri tutduğu, bəzilərini internet saytlarından övladlığa götürdüyü, bəzilərini isə boğaraq, qayçı, bıçaq kimi kəsici alətlərdən istifadə edərək öldürdüyü bildirilib.

14 ay həbs cəzası alan şəxs məhkəmənin qərarına etiraz edib. Cənubi Koreyanın Beynəlxalq Humanitar Cəmiyyətinin direktoru Borami Seo deyib: “Bu qəddarlıq işi həm də heyvanları canlı varlıq kimi qanuni olaraq tanıyacaq və onların hüquqi müdafiəsini daha da gücləndirəcək. Bu məsələ Mülki Məcəlləyə dəyişiklik edilməsinin vacibliyini göstərir”.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
62
4
Mənbələr
Şərh ()
Bağla