AZ

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Musiqili

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 28-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur özbək yazıçısı İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” ikihissəli komediyası teatrsevərlərin ixtiyarına veriləcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşada türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddin və onun beş arvadından bəhs edilir.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədovadır.

Seçilən
32
2
Mənbələr
Şərh ()
Bağla