AZ

KTMT – Ermənistan münasibətləri, yaxud da “səni sevəcəyəm, sən sevməsən də”

KTMT səlahiyyətli orqanlarının təşkilatdakı fəaliyyət dairəsini əhəmiyyətli dərəcədə azaltmaq qərarına baxmayaraq, Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edir.

Editor.az bildirir ki, bu açıqlama ilə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov çıxış edib. “İzvestiya”ya müsahibəsində o, İrəvanla bağlı öhdəliklərin tam yerinə yetirilməsinə diqqət çəkib: “Ermənistan həqiqətən də KTMT-nin işində iştirakını məhdudlaşdırıb, bununla belə, əsas qarşılıqlı fəaliyyət mexanizmləri işləyir, təşkilatın gündəliyi üzərində iş davam edir, KTMT-nin Ermənistan qarşısında bütün öhdəlikləri təşkilatın nizamnamə məqsəd və prinsiplərinə tam uyğun olaraq qalır”, –Tasmaqambetov deyib.

Yada salaq ki, bu həftənin əvvəlində KTMT etiraf etmişdi ki, təşkilatın Ermənistanla münasibətləri ən yaxşı dövrlərdən keçmir.

//Samir Qurbanov, Editor.az

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla