Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyada təhlükəsizlik məsələləri ilə bağlı keçiriləcək beynəlxalq toplantıda iştirak etməyəcək.
Editor.az bildirir ki, bu barədə respublikanın Təhlükəsizlik Şurasının ofisinin bəyanatında deyilir.
Bu görüş Sankt-Peterburqda keçirilir və aprelin 23-dən 25-dək davam edəcək və burada təhlükəsizlik şuralarının katibləri, milli təhlükəsizlik müşavirləri, baş nazirin müavinləri, hüquq-mühafizə orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək”, – Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti bildirir.
//Samir Qurbanov, Editor.az