AZ

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın rektoru akademik Urxan Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışıb, ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayıb.

U.Ələkbərov müasir şəraitdə ekologiyanın, ətraf mühitin qorunmasının önəmli məsələ olduğunu qeyd edib, Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyətindən danışıb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəisi, lll dərəcəli dövlət ədliyyə müşaviri Mübariz Əhmədov ekoloji məsələlərdən, iqlim dəyişikliyinin yaratdığı problemlərdən danışıblar, təbiətin, ekologiyanın çirklənməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar. Qeyd edilib ki, COP29 beynəlxalq tədbirin ölkəmizdə təşkil olunması əlamətdar hadisədir.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “COP29-a Azərbaycanın ev sahibliyi tarixi-siyasi reallığın diktəsidir” mövzusunda məruzə edib.

Sonra mövzu ilə bağlı digər məruzələr dinlənilib.

Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla