AZ

Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal ekoloji problemlərin həllində iştirak edir - "Energy Intelligence" redaktoru

Bakı. Trend:

COP29 Azərbaycanın özünü qlobal ekoloji problemlərin həllindəiştirak edən ölkə kimi dünyaya tanıtması üçün bir fürsətdir.

Bu barədə Trend-ə Londonun "Energy Intelligence" nəşriyyatınınredaktoru Maykl Ritçi deyib.

"Noyabr ayında COP29 keçiriləndə bütün diqqət Azərbaycanayönələcək. Tədbir on minlərlə jurnalist, iştirakçı və nümayəndəniniştirakı ilə keçiriləcək. Həmçinin neft və qaz istehsalçısınıniqlim danışıqlarında niyə iştirak etdiy ilə bağlı suallar olacaq.Lakin COP29 həmçinin iri neft və qaz istehsalçısı olan BirləşmişƏrəb Əmirliklərində konfransdan dərhal sonra keçirilir. Əslənolduğum Böyük Britaniya da neft və qaz istehsalçısıdır və bukonfransa ev sahibliyi edib. COP29 Azərbaycanın özünü dünyayaqlobal ekoloji problemlərin həllində iştirak edən ölkə kimitanıtması üçün imkandır", - Ritçi deyib.

Onun sözlərinə görə, COP29-un keçirilməsi maliyyə məqsədlərinənail olmaq və iqlim dəyişmələri ilə mübarizənin maliyyələşdirilməsiməqsədilə ola bilsin ki, inkişaf etmiş ölkələrdən əlavə vəsait əldəetmək üçün son dərəcə vacibdir. Həmçinin burada Braziliyadakeçiriləcək COP30 tədbirinin təməli qoyulacaq.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla