AZ

Azərbaycan kuboku: Finalçılar müəyyənləşir

Bu gün futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, ilk finalçının adına Qəbələdə aydınlıq gələcək. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edəcək. Bu komandalar arasında Bakıda baş tutan ilk görüşdə “qartallar” 2:1 hesabı ilə qələbə qazanıb. Ölkə kubokunun son qalibi olan “qırmzı-qaralar”ın geridönüş edib-etməyəcəyi maraq doğurur. Bu, “Qəbələ” üçün Avropa Liqasına vəsiə qazanmaq üçün son şansdır. Oyun saat 17:00-da başlayacaq.

Digər görüş isə Bakıda reallaşacaq. “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Ağdam təmsilçisi ilk görüşdə səfərdə rəqibini 4 cavabsız qolla məğlubiyyətə uğratdığından cavab görüşü əhəmiyyətini itirib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da veriləcək.

Qeyd edək ki, minal matçı iyunun 2-də "Dalğa Arena"da keçiriləcək.

Azərbaycan kuboku: 1/2 final, cavab oyunları

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla