AZ

Bakıda səkini zəbt edən qanunsuz tikinti söküldü – RƏSMİ AÇIQLAMA

Bakının mərkəzi küçələrindən birində aparılan qanunsuz tikinti işləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə aydınlıq gətirilib.

Dünən gecə saatlarında Nəsimi rayonu Rəsul Rza küçəsi 40 ünvanında yerləşən klinikalardan birinin önündə, səki sahəsində quraşdırılan metal konstruksiyalar sökülüb.

KONKRET.az-a bununla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. Bildirilib ki, Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları operativ surətdə əraziyə baxış keçirib və şəhərsalma nəzarəti qaydasında aparılan monitorinq zamanı ərazidə özbaşına tikinti (təxmini 10 kv.m sahədə) faktı aşkar olunub. “Həmin konstruksiya heç bir icazəverici sənədlər olmadan qanunsuz quraşdırıldığından 24 aprel 2024-cü il tarixində Baş İdarə və aidiyyəti qurumlarla birlikdə sökülərək, səki sakinlərin ixtiyarıpna verilib”, – deyə Komitə əlavə edib.

Natiq Səlim,
KONKRET.az

Seçilən
45
50
Mənbələr
Şərh ()
Bağla