AZ

Ukraynaya 61 milyard dollarlıq yardım paketi Senatdan da keçdi

Nümayəndələr Palatasının ardınca ABŞ Senatı Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

“C-SPAN” tərəfindən yayımlanan iclasın yayımından belə çıxır ki, 79 senator layihənin lehinə, 18-i isə əleyhinə səs verib. Bir gün əvvəl Ukrayna, İsrail və Tayvana yardım göstərilməsi üçün tədbirlər paketi Senatda 80 senatorun dəstəyi ilə prosedur səsverməsindən keçib. Senatorların qanun layihəsini müzakirə etmək üçün 30 saat vaxtı vardı, lakin onlar yekun səsverməni daha əvvəl keçirmək qərarına gəliblər. 2023-cü ilin oktyabrından qəbul oluna bilməyən Ukraynaya yardım haqqında qanun layihəsində 61 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur ki, bunun da 20 milyard dollardan çoxu Amerika ehtiyatlarının artırılmasına, 14 milyard dolları isə silahların alınmasına xərclənəcək.

Nümayəndələr Palatası qanun layihəsini aprelin 20-də təsdiqləyib.

“Reuters” agentliyi xəbər verir ki, ABŞ hakimiyyəti artıq Ukraynaya 1 milyard dollarlıq yeni yardım paketi hazırlayır.

//Samir Qurbanov, Editor.az

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla