AZ

Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsini ehtiva edən qanun layihəsi ABŞ Senatından keçdi

ABŞ Senatı Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya verilməsini ehtiva edən qanun layihəsini dəstəkləyib. Qanun layihəsində Ukraynaya yardım üçün 61 milyard dollar ayrılması da nəzərdə tutulub.

Tədbirlər paketinin lehinə 79 senator, əleyhinə 18 senator səs verib. Sənəd imzalanması üçün ABŞ prezidenti Co Baydenə göndərilib.

Editor.az xəbər verir ki, qanun layihəsində Rusiyanın aktivlərinin müsadirə edilməsi, o cümlədən onların dondurulmasının qadağan edilməsi, habelə dondurulmuş aktivlərdən istifadə edərək Ukraynaya kompensasiya verilməsi və ölkənin yenidən qurulması üçün istifadə edilməsi ilə bağlı müddəalar daxildir. Bundan əlavə, qanun layihəsi çərçivəsində ABŞ İsrailə yardım üçün 26 milyard dollar ayıracaq. Digər 8,12 milyard dollar isə Hind-Sakit okean regionuna gedəcək.

Onu da qeyd edək ki, dondurulmuş 280 milyard dollarlıq Rusiya aktivlərinin kiçik bir hissəsi ABŞ-da yerləşir (5 və ya 6 milyard dollar).

//Samir Qurbanov, Editor.az

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla