AZ

Argentinalılar Xavyer Mileyin islahatlarına etiraz edirlər – 1 milyondan çox insan küçələrə çıxdı

Argentinada universitet təhsili sahəsində islahatlara qarşı kütləvi etiraz aksiyaları keçirilib.

Təşkilatçıların sözlərinə görə, ölkə üzrə keçirilən mitinqlərdə bir milyondan çox insan iştirak edib. 800 min nəfər yalnız paytaxtda etiraz aksiyasına çıxıb. Argentina Universitet Müəllimləri Federasiyasının baş katibi Karlos de Feo, Buenos-Ayresdəki mitinqdə çıxış edərək, “Bu gün bu meydanda 800 min argentinalı və bütün ölkə üzrə Dövlət Universitetimizlə fəxr edən bir milyondan çox insan var” – deyib.

Ölkənin digər şəhərlərində də kütləvi nümayişlər keçirilib. Aksiyaları 57 dövlət universitetinin və bir neçə həmkarlar ittifaqının nümayəndələri təşkil edib. Etirazçılar ölkə prezidenti Xavyer Mileyin təşviq etdiyi təhsil sisteminə dövlət tərəfindən ayrılan vəsaitin kəsilməsinə etiraz edirlər.

//Samir Qurbanov, Editor.az

Seçilən
40
2
Mənbələr
Şərh ()
Bağla