AZ

Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - Video

Xəbər verdiyimiz kimi, Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.

Teleqraf.com xəbər verir ki, Baku TV həmin ərazilərdən yeni görüntülər lentə alıb.

Qızılhacılı kəndində çəkilən kadrlarda Azərbaycana məxsus döyüş maşını yer alıb.

Bildirilib ki, bu, 1990-cı illərdən, yəni Birinci Qarabağ müharibəsi dövründən sözügedən ərazidə qalan texnikadır.

Nəqliyyat vasitəsinin üzərində vaxtilə orada döyüşmüş mərd oğullarımızın adları həkk olunub.

Həmin videonu təqdim edirik:


Müəllif: Teleqraf.com
Seçilən
40
6
Mənbələr
Şərh ()
Bağla