AZ

Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə

Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağlı İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün yayılan məlumatda Bərdədə 23 yaşlı qızın evlənmək məqsədi ilə qaçırıldığı qeyd olunub. Ailəsi qızın zorla bir neçə nəfər tərəfindən qaçırıldığını iddia edir.

Seçilən
33
43
Mənbələr
Şərh ()
Bağla