AZ

Azərbaycan Kubokunda yarımfinalın cavab oyunlarının hakimləri

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Günün ən diqqətçəkən görüşü olan “Qarabağ” – “Neftçi” qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Baxmayaraq ki, bu komandaların ilk oyununda Ağdam klubu səfərdə 4 cavabsız qol vurmaqla demək olar ki, cütün taleyini həll edib.

“Qəbələ” – “Zirə” matçında isə Tural Qurbanov baş hakim kimi çalışacaq. Bu komandaların ilk görüşündə “Zirə” 2:1 hesabıyla qalib gəlib.

Qeyd edək ki, Azərbaycan Kubokunda 2023/2024 mövsümünün final qarşılaşması iyunun 2-də keçiriləcək. Həlledici görüş Mərdəkandakı “Dalğa Arena”da baş tutacaq. Peşəkar Futbol Liqası (PFL) bununla bağlı qərarını hələ bu ilin mart ayında açıqlamışdı.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
24 aprel

17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Qəbələ şəhər stadionu.

20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
VAR: Kamal Umudlu.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla