AZ

Fərid Qayıbov qırğızıstanlı həmkarı ilə görüşdü

Aprelin 23-də gənclər və idman naziri Fərid Qayıbov Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksudov və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Futbolpress.az xəbər verir ki, qonaqları salamlayan nazir onlara ölkəmizin idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Görüşdə nazir müavinləri Mariana Vasileva və İndira Hacıyeva, nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Qırğızıstan mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Acımalıyev, Beynəlxalq əlaqələr və investisiyaların cəlb edilməsi şöbəsinin müdiri Nusubalı Jakıpbəyov, mətbuat xidmətinin rəhbəri Aynura Abdulkalyevna da iştirak ediblər.
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla