AZ

Şimali Koreya İrana iqtisadi nümayəndə heyəti göndərib

Şimali Koreyanın İqtisadi İşlər Naziri Yoon Conq Honun başçılıq etdiyi nümayəndə heyəti İrana səfərə gedib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Nümayəndə heyəti çərşənbə axşamı, aprelin 23-də Pxenyandan yola düşüb. Səfərin proqramı və məqsədləri barədə məlumat verilmir.

Yonhap qeyd edir ki, səfər tərəflərin hərbi sahədə əlaqələri gücləndirmək niyyəti ilə bağlı ola bilər.

Havar Şəfiyeva 

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla