AZ

Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub

Nahidə Mahmudova Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub.
 
Bu məlumat Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından verilib.
 
Bildirilib ki, Nahidə Mahmudova 1997-2003-cü illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb, 2003-2004-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda internatura keçib.
 
Nahidə Mahmudova ictimai səhiyyə sektorunda 10 ilə yaxın iş təcrübəsinə malikdir. O, 2004-2015-ci illərdə özəl tibb müəssisəsində menecer kimi çalışıb, 2015-2021-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Təlim Resurs şöbəsinin müdir müavini, 2021-ci ildən 2024-cü ilin 9 aprel tarixinədək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsdə (TƏBİB) müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
 
 
Nahidə həkim öz üzərində daim çalışan, tibb sahəsi üzrə yerli və dünya mətbuatından yenilikləri izləyən və təcrübəsini zənginləşdirən yüksəkixtisaslı mütəxəssisdir. O, davamlı tibbi təhsil və tibbi təlimlər sahəsi üzrə müxtəlif layihələrin müəllifi, koordinatoru və rəhbəri olub. İşlədiyi sahəyə aid ölkəmizdə və xaricdə keçirilən onlarla konfrans, simpozium və konqreslərdə iştirak edib.
 
 
Seçilən
113
27
Mənbələr
Şərh ()
Bağla