AZ

Avtomobil nəhəngi «Tesla»nın gəlirləri azaldı - RƏQƏMLƏR

Tesla şirkəti çərşənbə axşamı birinci rüb gəlirində 9% azalma olduğunu açıqlayıb. Qeyd edək ki, bu azalma 2012-ci ildən bəri ən böyük azalmadır. Elektrikli avtomobil şirkəti davam edən qiymət endirimlərinin öhdəsindən gəlməyə çalışır.

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

«Tesla» şirkəti avtomobilin qiymətlərini - 7 000 DOLLAR AŞAĞI SALDI

FED.az xəbər verir ki, şirkətin gəliri əvvəlki illə müqayisədə 13% başqa sözlə 23,33 milyard dollar azalıb. Bundan əlavə, dördüncü rüblə müqayisədə gəlir 25,17 milyard dollar azalıb.

Yəni şirkətin əldə etdiyi ümumi gəlir həm əvvəlki illə, həm də əvvəlki rüblə müqayisədə azalıb.

Elon Musk investorlar ilə görüşdə bildirib ki, “2025-ci ilin əvvəlində, bəlkə də bu ilin sonunda yeni modellərin istehsalına başlamağı planlaşdırırıq. Əvvəllər istehsalın 2025-ci ilin ikinci yarısında başlayacağı gözlənilirdi.”  

O, həmçinin Teslanın süni intellekt infrastrukturuna sərmayələri diqqət mərkəzində saxlayır və qeyd edib ki, şirkət ABŞ-da “Full Self-Driving” və ya “FSD” kimi sürücüyə yardım sistemini lisenziyalaşdırmaq üçün böyük avtomobil istehsalçısı ilə danışıqlar aparır.

Sevindirici haldır ki, CEO investorlara yeni əlverişli EV modellərinin istehsalının gözləniləndən daha tez başlaya biləcəyini söylədikdən sonra şirkətin səhminin qiymətində artım olub.

Şirkətin səhminin qiyməti əvvəlki günlə müqayisədə 1,8% artaraq 144,68 dollara çatıb.

Qeyd edək ki, qiymət 2024-cü ilin əvvəlində səhm başına 248,42 USD idi.

Seçilən
72
18
Mənbələr
Şərh ()
Bağla