AZ

"AFB Bank" I rübü zərərlə bitirib

“AFB Bank” ASC bu ilin I rübünü 457 min manat zərərlə başa vurub. 

Valyuta.az bu barədə bankın maliyyə göstəricilərinə əsasən xəbər verir ki, bank ötən ilin eyni dövründə 2 milyon 603 min manat mənfəət əldə edib. 

Hesabat dövründə "AFB Bank”ın gəlirləri 8,09 milyon manat təşkil edib. Bu, illik müqayisədə 21,7% çox olub. Xərcləri isə 5 milyon 668 min manat (0,2% çox) təşkil edib.

“AFB Bank”ın aktivləri 290,685 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,1% çoxdur. Bankın xalis kreditlərinin dəyəri 157,81 milyon manat olub. Son 1 ildə bankın kredit portfeli 7,9% böyüyüb.

Bankın öhdəlikləri 2,3% azalaraq 210,404 milyon manat olub. “AFB Bank”ın depozit portfeli 2,7% artaraq 130,996 milyon manat, balans kapitalı isə 6,8% artaraq 80,281 milyon manat olub.

"AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib.

Nara

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla