Azərbaycan II Liqasında 22-ci tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi görüşü “Neftçi” Futbol Mərkəzində keçirilib. Burada çempionluğ mübarizəsi aparan iki komanda – “Cəbrayıl”la “Baku Sportinq” üz-üzə gəlib. Paytaxt təmsilçisinin qalib gəldiyi matçı (1:0) tribunalardan cəmi 110 azarkeş izləyib.
Turun ən çox tamaşaçı qeydə alınan qarşılaşması isə İmişlidə baş tutub. “Kür Araz”ın “Ağdaş”ı məğlub etdiyi oyunda (3:2) tribunalarda 300 azarkeş yer alıb
Digər qarşılaşmalarda qeydə alınan tamaşaçı sayı belədir:
Kürmük Qax – Şəki Siti (4:1)
Qax OİK stadionu. 300 tamaşaçı
Füzuli – Şəmkir (3:1)
“ASK Arena”. 70 tamaşaçı
Qusar – Şəfa (2:2)
“Kapital Bank Arena” (ehtiyat meydança). 35 tamaşaçı
Dinamo – Şhadağ Qusar (1:7)
Binə qəsəbə stadionu. 50 tamaşaçı
Göygöl – Lerik (2:1)
Göygöl OİK stadionu. 45 tamaşaçı