AZ

Solaxay olmaq fərqlilikdir? - AYDINLIQ GƏTİRİLDİ

“Bəzi insanların solaxay olması beyin yarımkürələrinin fəaliyyəti ilə bağlıdır. İnsan beyni sağ və sol yarımkürələrdən ibarətdir. Bədənimizin sağ tərəfini beynimizin sol yarımkürəsi, sol tərəfini isə beynimizin sağ tərəfi nizamlayır. Beynimizin sağ və sol yarımkürələrinin funksiyaları fərqlidir. Solaxay insanlarda beynin sağ yarımkürəsi sol yarımkürə üzərində dominatlıq etdiyinə görə burada sol daha çox üstünlük təşkil edir, yəni solaxay olur. Solaxayların "daha ağıllı" səsləndirilməsinin səbəbi beynin sağ və sol yarımkürələrin hər ikisinin aktiv olmasıdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nabat Mirzəyev deyib.

Psixoloq uşağın necə solaxay olub-olmadığını müəyyənləşdirməyin bir sıra yollarını qeyd edib: "Əgər körpə sol əl ilə əşyanı götürürsə, sol əl ilə yazırsa, sol əl ilə bütün işlərini görməyə çalışırsa, biz necəki sağ əldən daha çox istifadə edirik onlarda sol əldən daha çox istifadə edirsə deməli körpə solaxaydır. Solaxaylıq genetikdir. Ana və ya ata tərəfdən yönləndirilir”.

N.Mirzəyeva bildirib ki, bəzən valideynlər uşağın solaxay olduğunu görüb narahat olurlar və çalışırlar, məcbur edirlərki sağ əli ilə işlərini görsün: “Amma burada heç bir problem yoxdur. Uşağın solaxay olması normal bir haldır. Əgər uşaq sol əl ilə bütün işlərini görürsə və elə rahat hiss edirsə, sözsüz ki, bu halın qarşısını almağa ehtiyac yoxdur".

Ləman Sərraf

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla