Bakı. Trend:
2024-cü ilin yanvar-mart ayları ərzində işğaldan azad edilmişrayonlarda quş əti də daxil olmaqla diri çəkidə 4 867 ton ət, 34052 ton süd istehsal olunub.
Trend-in Dövlət StatistikaKomitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cüilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6% və ya 271 tonartıb, süd istehsalı isə 1.3% və ya 460 ton azalıb. 2023-ci ilinyanvar-mart ayları ərzində işğaldan azad edilmiş rayonlarda quş ətidə daxil olmaqla diri çəkidə 4596 ton ət, 34 512 ton süd istehsalolunub.
Qeyd edək ki, hesabat dövündə ən çox ət və süd Ağdam rayonundaistehsal edilib. Belə ki, hesabat dövründə Ağdamda 1192 ton ət, 10859 ton isə süd istehsal olunub.
Xatırladaq ki, 2023-cü il ərzində işğaldan azad edilmişrayonlarda quş əti də daxil olmaqla diri çəkidə 22 570 ton ət, 136678 ton süd istehsal olunub.
Cədvəldə 2024-cü ilin yanvar-mart ayları ərzində azad edilmişrayonlar üzrə ət və süd istehsalının həcmi verilib.
Azad edilmiş rayonlar | Ət istehsalı. ton | Süd istehsalı. Ton |
Ağdam | 1192 | 10859 |
Laçın | 858 | 5587 |
Kəlbəcər | 850 | 6575 |
Xocavənd | 629 | 1022 |
Füzuli | 612 | 6708 |
Cəbrayıl | 509 | 2064 |
Şuşa | 104 | 531 |
Xocalı | 57 | 405 |
Qubadlı | 40 | 188 |
Zəngilan | 16 | 113 |