AZ

Delimitasiya prosesi BAŞLANDI: Naxçıvana gedən yol açılır? - AÇIQLAMA

Delimitasiya prosesi BAŞLANDI: Naxçıvana gedən yol açılır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. Sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Delimitasiya prosesi, kəndlərin qaytarılması sülh müqaviləsinin imzlaanması ilə bağlı inamları belə artırdı. Lakin razılaşmalara əsasən Naxçıvana gedən yolun bərpası hələ də uzanır. Delimitasiya prosesinin başlanması, Naxçıvan yolunun açılmasına gətirib çixara bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildriib ki, Azərbaycan və Ermənistan sərhədləirn delimitasiyası prosesi bir sıra məsələlərin həllinə təkan verə bilər:

"O cümlədən Azərbaycan tərəfinin Zəngəzur yolu adlandırdığı nəqliyyat marşrutunun açılmasıda mümkündür. Ötən gün prezident İlham Əliyevin ADA Universitetində təşkil olunan COP 29 və "Azərbaycan üçün yaşıl baxış" mövzusunda çıxışı zamanı bu məsələyə toxunaraq deyib ki, Zəngəzur dəhlizi sözü 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda adı çəkilməsə də, bu məsələ öz əksini tapıb. Qeyd edim ki, həmin sənədin 9-cu maddəsində bildirilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. O cümlədən Ermənistan Respublikası vətəndaşları nəqliyyat vasitələrinin və yüklərinin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonlarını və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarət Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti orqanları həyata keçirir. Yəni 9-cu maddə Naxçıvana gedən yolun açılması deməkdir".

Siyasi şərhçinin sözlərinə görə, sadəcə olaraq Ermənistan bu yolun açılmasına problem yaratmağa çalışır. Bunun əsas səbəbi məsələyə Rusiya sərhədçilərinin nəzarət etməsidir:

"Təbii ki, Ermənistanın Rusiya ilə problemləri, onları necə həll edəcəkləri ilə bağlı məsələlərin Azərbaycana aidiyyəti yoxdur. Bununla belə, həmin sənəddə bu məsələ öz əksini tapıb. Sənədin həyata keçirilməsi münasibətlərin normallaşması üçün vacib şərtlərdəndir. Burada müddət demək çətindir. Çünki bu müddət ərzində dağıdılmış həmin Naxçıvana gedən yolu bərpa olunmalıdır. Ona görə də yaxın dövrlərdə həmin yolun gec yaxud tez açılacağı istisna olunmur. Bu yol İran ərazisindən keçən yola alternativ deyil. Naxçıvana gedən yol ənənəvi yoldur. Bu yolun əhəmiyyəti daha böyükdür və regional təhlükəsizlik, o cümlədən əməkdaşlıq üçün çox vacibdir".

Sevda Səfərova

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla