AZ

“Blinkenin də, Borrelin də bəyanatları revanşist ermənilərin hay-küylərini puç etdi...” 

“Çünki Paşinyan da Azərbaycan dövlətinin və beynəlxalq ictimaiyyətin haqlı tələblərini yerinə yetirməyə məcburdur...”
 
“Biz başa düşməliyik ki,10 noyabr 2020-ci ildə biz Ermənistana yalnız Qarabağda qalıb gəlməmişik. Eyni zamanda Ermənistan  Azərbaycana təslim olaraq sözügedən tarixdə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış  üçtərəfli bəyanat-razılaşmaya qol çəkib.  Həmin sənədə əsasən Ermənistan Azərbaycan Respublikasına məxsus, yəni 1990-1994-cü illər ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş bütün əraziləri azad etməlidir”.
 
Bunu Moderator.az-a açıqlamasında “Sizcə, Ermənistanın revanşist və irqçi dairələri tərəfindən qızışdırılan bir qrup erməni əhalinin etirazlarına rəğmən Paşinyan hökuməti Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması prosesini uğurla başa çatdıra biləcəkmi?” sualını cavablandıran siyasi analitik Tahir Cəfərli söyləyib.
 
“Onu da deyək ki, Qazax rayonunun işğal altındakı 4 kəndinin  azad edilməsi də 1991-ci ildə keçmiş sovet respublikaları arasında imzalanmış Alma-Atı deklorasiyasından irəli gəlir. Ermənistan buna əməl etməlidir ki, Azərbaycan sülh  müqaviləsinə imza atsın...
 
Revanşist ermənilərin məlum kəndlər barədəki hay-küylərini ABŞ Dövlət katibi Entoni Blinkenin də, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozef Borrelin də bəyanatları puç və mənasız etdi. Onlar bəyan etdilər ki, Azərbaycanla Ermənistan arasındakı bütün tranzit yollar açılmalıdır. Ermənistan polisi revanşistlərə qarşı lazımı tədbirləri görür və bütün bu yersiz və mənasız etirazlara son qoymalıdır. Çünki Paşinyan da Azərbaycan dövlətinin və beynəlxalq ictimaiyyətin haqlı tələblərini yerinə yetirməyə məcburdur. Biz tezliklə Qazaxın işğal altındakı bütün kəndlərinin azad ediləcəyini də görəcəyik”, -deyə davamında analitik vurğulayıb.
 
Sultan Laçın
 
Seçilən
14
Mənbələr
Şərh ()
Bağla