AZ

“AzerGold” QSC-də keniyalı iş adamları ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətininsədri Zakir İbrahimov Keniya Respublikasının ölkəmizdə səfərdə olannümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Zakir İbrahimov Azərbaycanla Keniyaarasında dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin istərikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsindəmöhkəmlənməsinin məmnunluq doğurduğunu bildirib. İdarə Heyətininsədri iqtisadi münasibətlərin inkişafı, xüsusilə dağ-mədənsahəsində əməkdaşlığın qurulması üçün böyük prespektivlərinolduğunu diqqətə çatdırıb.

Görüşün davamında Z.İbrahimov “AzerGold” QSC-nin fəaliyyətsahələri üzrə əldə etdiyi nailiyyətlər, Cəmiyyətin stratejiplanları və dağ-mədən sektorunda iqtisadi səmərəliliyin artırılmasıistiqamətində görülən işlər haqqında bəhs edib. Yarandığı dövrdənetibarən “AzerGold” QSC-nin beynəlxalq şirkətlərlə uğurluəməkdaşlıq təcrübəsinin olduğunu bildirən Z.İbrahimov fəaliyyətingələcəkdə ölkə hüdudlarından kənarda da genişləndirilməsininQSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. Sədr mineralresurslarla zəngin olan Afrika qitəsinin də maraq dairəsindəolduğuna diqqət çəkib.

Keniyanın işgüzar dairələrini təmsil edən qonaqlar kəndtəsərrüfatının iqtisadiyyatın lokomotivi olduğunu, buna baxmayaraqmetallurgiya sənayesinin, xüsusilə də dəmir filizinin emalınıngeniş şəkildə təşəkkül tapdığını bildiriblər. Keniyada mövcud olansəpinti qızıl yataqları, o cümlədən mis, sink və digər növ metalresurslarının istismarı istiqamətində əməkdaşlıq perspektivləri,investorlar üçün yaradılan imkanlar, bu istiqamətdə tətbiq edilənstimul, güzəşt və imtiyazlar barədə məlumat verilib.

“AzerGold” QSC-nin faydalı təşəbbüslərə, o cümlədən təcrübəmübadiləsinə açıq olduğu diqqətə çatdırılıb. Bu xüsusda dağ-mədənsənayesi üzrə müvafiq qurumlar, dövlət və özəl şirkətlərləəməkdaşlıq perspektivlərinin tərəflər arasında dəyərləndirilməsininmümkünlüyü qeyd edilib. Daha sonra leqal mədənçiliyinin təşviqi,mədən layihələrində “yaşıl enerji”, “yaşıl texniologiyalar”ıntətbiqi planları, eləcə də digər qarşılıqlı maraq doğuran mövzularətrafında geniş fikir mübadiləsi aparılıb.

“AzerGold”
“AzerGold”
Məqalədə:
Seçilən
24
8
Mənbələr
Şərh ()
Bağla