AZ

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Bakı, 24 aprel, AZƏRTAC

Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə vahid plan üzrə daha sıx birləşməlidir. Bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş söyləyib.

BMT-nin yüksək səviyyəli rəsmiləri çərşənbə axşamı sosial media fəallarını, dövlət liderlərini və korporativ nəhəng strukturları iqlimlə bağlı fövqəladə vəziyyətlə mübarizə istiqamətində birləşdirəcək yeni qlobal kampaniyaya start veriblər.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, “İqlim vədləri – 2025” təşəbbüsü qlobal temperaturun iqlim dəyişikliyi üzrə 2015-ci il Paris Sazişində qarşıya qoyulmuş 1,5 dərəcə Selsi həddindən artıq olmamasını təmin etmək üçün daha iddialı addımlar atmaq məqsədilə səyləri yerli səviyyədən beynəlxalq səviyyəyə doğru sürətləndirməyi hədəfləyir.

BMT-nin Baş katibi Antonio Quterreş bu yeni təşəbbüslə bağlı bildirib ki, BMT İnkişaf Proqramı (UNDP) tərəfindən irəli sürülən bu plan iqlimlə mübarizədə vacib bir həqiqəti təşviq edir: “Bu, heç də əzablı fəaliyyət deyil”.

Baş katib Planın təqdimatı mərasimində deyib: “Bir çox ölkələrin iqlimlə bağlı fəaliyyət üzrə daha iddialı addımlar atmaq iradəsi var, lakin bəşəriyyət vahid bir məqsəd ətrafında daha sıx birləşməyi təmin etmək üçün səfərbər olmalıdır”.

Aktyor Ato Essandohun moderatorluğu ilə keçirilən UNDP tədbirində planetimizin hər yerindən yayımlanan videolarla iqlim fəlakətləri üzrə real vəziyyət nümayiş etdirilib, dünya liderlərinə yeni təşəbbüsə qoşulmaq və vədlərə əməl etmək çağırışları səslənib.

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla