AZ

“Real” qələbə ilə başladı

Avroliqa turnirində pley-off mərhələsinə start verilib.

Yunanıstanda “Panatinaikos” “Makkabi”ni qəbul edib. Oyunun əvvəlindən gərgin və maraqlı mübarizə gedib . Fasiləyə qədər 6 dəfə hesabda lider dəyişib. Müəyyən vaxtlarda Afina komandasının üstünlüyü 10 xaldan da çox olub. Lakin qonaqlar əzmkarlıq nümayiş etdirərək dönüş edə biliblər – 91:87.

Yunanıstan komandasında Kostas Slukas 11 xal və 12 asistlə dabl-dabl edib. Məhz onun son hücumda top itkisi həlledici anlardan biri olub.

Madriddə keçirilən İspaniya derbisində “Real” qalib gəlib. Müntəzəm çempionatın lideri “Baskoniya” üzərində ilk dəqiqələrdən qazandığı üstünlüyü sona qədər qoruyub – 90:74.

Beləliklə, ilk oyunlardan sonra “Makkabi” və “Real” seriyada öndədir. “Dördlər finalı”na çıxmaq üçün 3 qələbə qazanmaq lazımdır.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla