AZ

Demarkasiya prosesinə etiraz edən erməni politoloq SAXLANILDI

Demarkasiya prosesinə etiraz edən və mane olmağa çalışan erməni politoloq Suren Petrosyan saxlanılaraq İrəvana aparılıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, ötən gün polis Tavuşda başlayan sərhədin demarkasiyası prosesinə etiraz edən və Ermənistan hakimiyyətindən  Azərbaycanla heç bir danışığa getməməyi tələb edən ermənilərdən 10-u saxlanılıb.

Gətirilənlər arasında politoloq Suren Petrosyan, sonradan xəstəxanaya aparılan ehtiyatda olan polkovnik Miqran Maxsudyan, Vaaqn Maxsudyan, Mikael Martirosyan, Yeqişe Maxsudyan və başqaları da olub.

Məlumata görə, bir müddət sonra həbs olunanların bir qismi azadlığa buraxılıb, politoloq Suren Petrosyan isə İrəvana aparılıb.

Ötən gecə Noyemberyan polisinin binası qarşısında toplaşanlara məlumat verilib ki, Petrosyan xuliqanlıqda şübhəli bilinərək saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla