Bakı. Trend:
Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunlarınıntəyinatları müəyyənləşib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bugünkü matçların hakimləri bəlliolub.
“Qəbələ” – “Zirə” qarşılaşmasını Tural Qurbanov idarə edəcək.“Qarabağ” – “Neftçi” görüşü Əliyar Ağayevə həvalə olunub.
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
24 aprel (çərşənbə)
“Qəbələ” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, VüsalMəmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Qəbələ şəhər stadionu, 17:00
“Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, AkifƏmirəli, Rauf Cabarov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00