"Çelsi"yə iki qol vurdu, təriflər aldı
"Arsenal" İngiltərə Premyer Liqasında "Çelsi"ni darmadağın edib - 5:0.
Futbolpress.az xəbər verir ki, "topçular"ın hücumçusu Kay Haverts görüşdə iki qol vurub. Komandanın baş məşqçisi Mikel Arteta BBC-yə açıqlamasında alman oyunçunun çıxışını dəyərləndirib:
"Haverts oyunun hər anında komandaya böyük töhvə verdi. İki qol vurmaqla yanaşı, kritik məqamlarda düzgün qərarlar qəbul etdi. O, əlavə performans sərgilədi".
Haverts ötən yay "Çelsi"dən "Arsenal"a keçib.